Bakıda metroya daxil olan iki koronavirus xəstəsi saxlanılıb. Bu haqda bu gün, 31 avqust tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

42 yaşlı Elşən Hüseynov 20 Yanvar, 18 yaşlı Nurlan Hümbətov isə Qara Qarayev stansiyalarına daxil olarkən tutulublar. Onlar müalicə olunduğu ünvana yerləşdiriliblər.

Bundan əvvəl, 28 avqust tarixində Suraxanı rayonunda iki aktiv koronavirus xəstələri icazə olmadan yaşayış yerini tərk etmişdilər.