31 avqust tarixində Sabunçu rayonunda narkotacir və narkoman qadın saxlanılıb.

Bakıxanov qəsəbəsində polis əməliyyat-axtarış tədbiri aparıb və narkotik satışı ilə məşğul olan, əvvəllər məhkum olunmuş Ayxan Quliyev və narkotik istifadəçisi Nərmin Aydınova tutulublar.

Axtarış nəticəsində onların üzərindən 9 qram heroin və 8 qram psixotrop maddə aşkar edilib.

Ayxan Quliyev ifadəsində narkotikləri xarici ölkədən gətirtdiyini bildirib və Nərmin Aydınovaya satdığını etiraf edib.

Faktla bağlı araşdırma aparılır.