Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 7 saylı Şəhər Poliklinikasında vaksin vurdurmaq üçün gələnlər arasında sıxlıq müşahidə olunub.

Xəstəxananın yaxınlığında yüzdən çox insan saatlarla öz növbəsini gözləyir. Vətəndaşlar arasında sosial məsafə qorunmur, karantin qaydaları pozulur.

Daha öncə, 23 avqust tarixində Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən verilən məlumata görə, 7 saylı Birləşmiş Şəhər Xəstəxanasının işçiləri pul müqabilində vaksin vurulmamış vətəndaşlara saxta Covid-19 pasportları satıblar. Onlar hər doza üçün 50-100 manat müqabilində saxta məlumatları “e-TƏBİB” elektron qeydiyyat sisteminə daxil etmişdirlər.