Paytaxtın Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində qanunsuz fəaliyyət göstərən çörək sexi bağlanıb. Bu haqda bu gün, 31 avqust tarixində Azərbyacn Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidməti məlumat yayıb.

Müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, sanitar-gigiyena əməl olunmadığı məlum olub. Həmçinin, işçi heyətin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, dezinfeksiya, sıçovulların və həşaratların məhvedilməsi işlərinin aparılmadığı aşkar olunub.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində tədbirlərini davam etdirir.