Paytaxtın Sabunçu rayonunda “Sea Breeze” kurort qəsəbəsində sentyabr 15-də ticarət mərkəzinin tikintisi başlayacaq. Bu barədə Emin Ağalarov TASS agentliyinə məlumat verib.

Mərkəzin açılışı 2022-ci ilin yay aylarında planlaşdırılır. Layihə ümumi 60.000 kv.m-lik ərazidən ibarət olacaq. Bundan başqa 34.000 kv.m sahədə avtomobil dayanacağıda qurulacaq.

Ticarət mərkəzindən əlavə “Sea Breeze”-də 6 kilometrlik bulvar inşa olunacaq. Bulvarda piyada zonası, velosiped yolları, abadlıq və istirahət obyektləri nəzərdə tutulub.

Yaxın vaxtlarda Ağalarov qəsəbənin ərazisində otellər və yaşayış kompleksi tikmək niyyətindədir.

Bakıətrafı ərazilərdə, Xəzər dənizi sahillərində Sea Breeze qəsəbəsinin yaradılması 2005-ci ildə başlanılmışdır. İndi layihə çimərlik zonası,  mənzil kompleksləri, villalar, otellər, restoranlar, məktəb və konsert zalından ibarətdir.