Bakı şəhərinin iki rayonunun polis rəislərinə yeni təyinatlar olub. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti bu gün, 31 avqust məlumat yayıb.
Səbail RPİ-nin rəisi Cavid Muradov vəzifəsindən azad edilərək Sabunçu RPİ-nə rəis təyin edilib. Sabunçu Rayon Polis İdarəsinin (RPİ) rəisi Eldar İlyasov isə vəzifəsindən azad edilərək Qusar Rayon Polis Şöbəsinə (RPŞ) rəis təyin edilib.
Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.