1 sentyabr tarixində aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq Tbilisi prospektində hərəkət qismən məhdudlaşdırılacaq.
Sentyabrın 1-i saat 11:00-dən 13:00-dək Tbilisi prospekti ilə Əbdülvahab Salamzadə küçəsinin kəsişməsində yerləşən yol bağlı olacaq. Həmin yolda müayinə və sınaq aparılacaq.
Sürücülərdən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.