Bakıda saxta COVİD-19 pasportu satana daha 3 nəfər saxlanılıb. Bu haqda bu gün, 31 avqustda Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıb.

Fikrət Şıxıyev, Eldar Mirzəyev və Şirin Şirəliyev əlbir olub 40 nəfər şəxsin hər birindən 225 manat alaraq onlara peyvənd vurmadan pasport təqdim ediblər. Şıxıyevə məxsus avtomobildən 30 nəfərə aid üzərilərində mobil nömrələri yazılmış şəxsiyyət vəsiqələrinin surətləri və bank kartları aşkar edilib.

Faktla bağlı araşdırma davam edir.

Bundan əvvəl, 17 avqustda Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 11 saylı poliklinikada eyni hadisə qeydə alınmışdır.