Bakılı şahmatçı Rauf Məmmədov şahmat üzrə Avropa çempionatında növbəti qələbəsini qazanıb. Bu barədə 1 sentyabr tarixində məlum olub.
Reykyavikdə kişilər arasında şahmat üzrə Avropa çempionatının 6-cı turunun oyunları keçirilib. Rauf Məmmədov fransalı rəqibinə qalib gələrək növbəti tura yüksəlib. Şahmatçı xalların sayını 5,5-ə qaldırıb.
Qeyd edək ki, turnirdə digər şahmatçılarımız Nicat Məmmədov 4,5 və Nicat Abbasov 3,5 xallar qazanıblar.
İsveçrədə keçirilən çempionat 11 turdan ibarət olacaq.