Paytaxtın Səbail rayonunda qəza zamanı bir nəfər həlak olub. Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidməti bu gün, 1 sentyabrda məlumat yayıb.

Azər Əliyev yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. Əliyev yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Daha bir qəza Nərimanov rayonu Azadlıq və Molla Pənah Vaqif prospektlərinin kəsişməsində qeydə alınıb. “Toyota Prius” markalı avtomobil səkiyə çırpılıb. Xəsarət alan olmayıb.