Bakıda 1 sentyabr tarixində narkotik maddələrin qanunsuz satışı ilə məşğul olan şəxs tutulub. Əməliyyat paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində keçirilib.

Xəzər Rayon 3-cü Polis Bölməsinin həyata keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Zaman Əliyev saxlanıb. Şəxsin üzərinə və evinə baxış zamanı ümumi çəkisi 3 kiloqrama yaxın olan heroin və marixuana, eləcə də metamfetamin, həmçinin 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Zaman Əliyev istifadəçisi olmasından əlavə narkotik maddələrin satışını da həyata keçirdiyini etiraf edib.

Bundan əvvəl, 30 avqust tarixində Abşeron, Yasamal və Səbail rayonlarında keçirilən əməliyyatlar zamanı 4 nəfər narkotacir saxlanılmışdır. Onlardan ümumilikdə 16,6 kiloqramdan çox narkotik vasitələr aşkar edilərək götürülmüşdür.