Bu gün, 1 sentyabr tarixindən Bakı sakinləri yeni məhdudiyyətlərlə qarşılaşacaqlar. Operativ Qərargahın yeni qərarına əsasən yaşı 18-dən yuxarı olan şəxslərdən iaşə obyektlərə, ticarət mərkəzlərə, mehmanxalara və digər ictimai yerlərə giriş üçün COVID-19 pasportu tələb olunacaq.

COVID-19 pasportunun yoxlanılması üçün “ASAN İcazə” mobil tətbiqi hazırlanıb.

Covid-19 pasportunun tələb olunacağı əsas yerlərin siyahısı:

  • Universitetlər – sentyabrın 1-dən ali təhsil müəssisələrində tələbələrdən də COVID-19 pasportu tələb olunacaq. Universitetlərə pasportsuz girən tələbələr rəhbərlik tərəfindən   cəzalandırılacaq, lakin məsuliyyətə cəlb olunmayacaq
  • İri ticarət mərkəzləri
  • Mehmanxanalar
  • İaşə obyektləri
  • DOST mərkəzləri
  • Idman zalları
  • Toy şənlikləri

 

Həmin qərarı tədbiq olunmadığı yerlər:

  • Metropoliten daxil olmaqla ictimai nəqliyyat
  • Supermarketlər və xırda ticarət obyektləri
  • ASAN xidmət mərkəzləri
  • Açıq havada işləyən restoranlar

Aşağıdakılar dəyişməz olaraq bağlı qalır: 

  • Həftəsonları ictimai nəqliyyat
  • Teatrlar və kinoteatrlar
  • Konsert zalları

Peyvənd olunmayan insanlar qeyd olunan obyektlərə daxil olarsa həmin şəxs yox, obyektin sahibi məsuliyyət daşıyır. Sanitariya-gigiyena qaydalarının və karantin rejiminin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər isə 3000 manatdan 4000 manatadək cərimələnəcək.

Karantin rejimi ölkədə noyabrın 1-nə qədər uzadılıb.