Bakı və Abşeron yarımadasında bu gün, 1 sentyabr tarixində toz dumanı müşahidə olunacaq. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Günorta saatlarından başlayaraq cənub-şərq istiqamətli hava kütlələri şəhərə daxil olacaq və tozlu hava gün ərzində davam edəcək.
Hazırda havada tozun miqdarı normadan 2 dəfə çoxdur.