Sentyabrın 1-də Binəqədi rayonunda şəhid Zamin Rəhimovun adına inşa olunan bulağın açılış mərasimi keçirilib. Açılış Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş verib.

Tədbirdə rayonun icra başçısı, Milli Məclisin deputatları, Cəbrayıl rayonu filialının sədri iştirak ediblər. Onlar çıxış zamanında Zamin Rəhimovun igidliyindən danışıblar, vətənpərvər ruhda böyüdüyünü qeyd ediblər. Məktəb şagirdləri şəhidin xatirəsinə həsr olunmuş şeirlər səsləndiriblər.

Tədbirin sonunda şəhidin atası Vahid Rəhimov və mərasim iştirakçıları bulaqdan su içiblər.

Zamin Rəhimov Oktyabrın 8-də Cəbrayıl rayonu ərazisində gedən döyüşlərdə şəhid olub. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Rəhimov Zamin Vahid oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.