1 sentyabr tarixində Səbail rayonunda 49 yaşlı kişi dava zamanı 2 nəfər tərəfindən öldürülüb.

20-ci sahə deyilən ərazidə Eldar Qurbanovun meyidi aşkar olunub. Polis axtarış tədbirlər həyata keçirib və Qurbanovun ölümündə şübhəli bilinən Marat Həmidov və Ruslan Alyoşkin saxlanılıblar.

Araşdırmalar zamanı müəyyən olunub ki, Qurbanov və saxlanılan şəxslər spirtli içki qəbul etdikdən sonra E.Əzizov küçəsində dava ediblər. Alyoşkinın vurduğu yumruğ zərbəsi nəticəsində Qurbanovun başı divara dəyib və o, yerindəcə keçinib.

M.Həmidov və R.Alyoşkin istintaqa cəlb olunublar.