Paytaxtın Suraxanı rayonunda yanğın baş verib. Bu haqda Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bu gün, 1 sentyabr tarixində məlumat yayıb.
Ümumi sahəsi 35 kv.m olan birmərtəbəli ev tamamilə yanıb. Ətrafdakı tikililərə ziyan dəyməyib.
Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.
Bundan əvvəl, 27 avqust tarixində Xəzər rayonunda 2 ailənin yaşadığı 4 otağlı evdə yanğın baş vermişdir.