Suraxanıda yaşayış binasının həyətində 2 ay əvvəl qazılan quyu bu gün örtülüb. Bu barədə 1 sentyabr tarixində ARB kanalın reportajından məlum olub.

Suraxanıda Yeni Günəşli 6 küçəsində Azərsu tərəfindən su xəttinin təmiri məqsədilə məhəllənin içində 1 metr dərinlikdə quyu qazılıb. İşlər yekunlaşdıqdan sonra quyunun üstü açıq vəziyyətdə qalıb.

Bu vəziyyət sakinləri aylardır ki, narahat edirdi. Onlar uşaqlarını məhəlləyə buraxa bilmirdilər. Həmçinin dəfələrlə həmin quyuya avtomobillər düşürdü.

Reportaj zamanı ARB Azərsu ilə əlaqə saxlayıb və hadisə yerinə əməkdaşlar göndərilib. Araşdırmadan sonra məsələ həll olunub, quyu örtülüb.