31 avqust tarixində axşam saatlarında Xətai rayonunda yerləşən 7 saylı Şəhər Poliklinikasında vaksinasiya zamanı xoşagəlməz hadisə baş verib. Bu barədə Oxu.az xəbər verib.
Beləlilklə, sosial şəbəkələrdə peyvənd üçün növbəyə duran kişinin poliklinika qapısını sındırdığı barədə videogörüntülər yayılıb. Sosial şəbəkə istifadəçiləri bildirir ki, həmin müəssisəsinin yaxınlığında vətəndaşlar növbədə saatlarla gözləyir.
Vətəndaşların poliklinikaya növbəli buraxılması səbəbindən insanlarda narazılıq yaranıb. Eyni səbəbdən özünü l Qarabağ Müharibəsi qazisi kimi təqdim edən Ceyhun Ağayev poliklinikanın qapısını sındıraraq həyat yoldaşı ilə içəri daxil olub. Daha sonra o, 3 həkimə xəsarət yetirib. Faktla bağlı qurumun nüməyədələri polisə müraciət ediblər.
Bu gün, 1 sentyabr tarixində Daxili İşlər Nazirliyi həmin şəxslə bağlı araşdırmaya başlayıb.
DİN-in açıqlamasında Bakı sakini olan 43 yaşlı Ağayevin yalan danışdığı məlum olub. 1994-cü il, atəşkəs imzalananda onun 16 yaşı tamam olduğundan, heç bir müharibənin qazisi deyil. Onun törətdiyi əməllə bağlı araşdırma aparılır.
1 sentyabr tarixindən ölkə ərazisində ictimai iaşə obyektləri və iri ticarət mərkəzlərinə giriş üçün COVİD-19 pasportu tələb olunur.