Bakıda 194 nömrəli marşrut xətti 3 avqust tarixindən “BakıKart” sisteminə keçir. Bu haqda Bakı Nəqliyyat Agentliyi bu gün, 2 sentyabr tarixində məlumat yayıb.

Avtobuslar Qobu Park Yaşayış Kompleksi – 20 Yanvar metrostansiyası istiqamətində hərəkət edirlər.

Marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlardakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.

  •  Alim Şəbiyev küç, (Lökbatan qəs.);
  •  Şahin Xəlilov küç, (Lökbatan qəs.);
  •  Mir Möhsün Nəvvab küç, (Yeni Yasamal, 308 №-li məktəbin yaxınlığı);
  •  Yeni Yasamal y/m (Vital klinikasının yaxınlığı);
  •  Murad Mirzəyev 175E (Yeni Yasamal y/m);
  •  Əsəd Əhmədov küç (Yeni Yasamal y/m, 42 №-li notariat kontorunun yaxınlığı) );
  •  Məhəmməd Xiyabani  küç 58 (Yeni Yasamal y/m);
  •  Məhəmməd Xiyabani  küç 206 (Yeni Yasamal y/m);
  •  Dadaş Bünyadzadə küç. (Məhəmməd Xiyabani küç. ilə kəsişmə);
  •  Müzəffər Həsənov küç. 47.

Bundan əvvəl, 165 nömrəli marşrut xətti 25 avqust tarixindən nağdsız ödənişə keçmişdir.