Paytaxtın Nəsimi rayonunda intihara cəhdin qarşısı alınıb. Bu barədə 2 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat yayıb.

Qeyd olunur ki, 1 nəfər beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istədiyini bildirib.

Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Həmin şəxslə aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Bundan öncə, 11 avqust gecə saatlarında Bakı şəhərinin Nərimanov rayonunda naməlum şəxs çoxmərtəbəli binanın 13-cü  mərtəbəsində eyvana çıxaraq özünə qəsd etmək istəmişdir.