Bakının Qaradağ rayonunda 2 sentyabr tarixində aktiv koronavirus xəstəsi yaşadığı yeri tərk edib. Hadisə barədə DİN məlumat verib.

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları virusun daşıyıcısı kimi qeydiyyatda olan qəsəbə sakini Ramal Feyzullayevlə profilaktik söhbətlər apardıqdan sonra onu yaşadığı evə qaytarıb.

Dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymadığı üçün Qaradağ Rayon Polis İdarəsində həmin şəxs barəsində cinayət işi başlanıb.

Bundan əvvəl, Bakıda koronavirus xəstəsi olan 42 yaşlı Elşən Hüseynov 20 Yanvar, 18 yaşlı Nurlan Hümbətov isə Qara Qarayev stansiyalarına daxil olarkən tutulmuşdular.