Bakıda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi gənclərin inkişafına yönələn “Media könüllüləri” proqramına başlayır. Proqram 2 ay müddətində  Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və müxtəlif media subyektlərində təşkil olunacaq.

“MEDİA könüllüləri” Proqramı müddətində könüllülər təşkil ediləcək təcrübə proqramları, təlimlər və layihələrdə işirak edəcəklər.

Media könüllüsü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün aşağıdakı tələblər müəyyən olunmuşdur:

  • − Sahə üzrə təhsil
  • − İntizamlılıq
  • − Təşkilatçılıq
  • − Kollektivdə işləmək bacarığı
  • − Operativlik
  • − Kompüter bacarığı
  • − Təşəbbüskarlıq

Könüllülük fəaliyətini uğurla başa çatdırmış iştirakçılar proqramın sonunda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən sertifikatla təltif olunacaqlar.

Media könüllüsü olmaq istəyən 18-29 yaş arası gənclər üçün son qeydiyyat tarixi 5 sentyabrdır.

Əlavə məlumat üçün: [email protected]