Bakıda YARAT “Contemporary Art” Space adlı məkanda 2 və 3 sentyabr tarixlərində Rusiya kinorejissorlarının 2 tammetrajlı filmi nümayiş olunacaq. Filmə baxış YARAT Film Klubu, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin əməkdaşlığı ilə baş tutacaq.

“Səmadan dərhal döyüşə” filmi Oleq Ştrom tərəfindən çəkilib, “Afrika” adlı tammetrajlı filmin rejissoru isə Darya Binevskayadır.

“Səmadan dərhal döyüşə” bu gün, 2 sentyabrda, saat 19:00-da rus dilində göstəriləcək və 1 saat yarıma yaxın davam edəcək.

“Afrika” filmi isə rus dilində ingilis altyazıları ilə 3 sentyabr tarixində saat 16:00-da 1 saat müddətində nümayiş olunacaq.

Filmlərə baxmaq tam olaraq ödənişsizdir. Hər iki filmə qeydiyyat vacibdir və 6 yaşdan yuxarı şəxslər buraxılacaq. Qeydiyyat və əlavə məlumat üçün: +994 50 246 92 92

Qeydiyyat 11:00-dan 19:00-a kimi aparılır.