2 sentyabr tarixində Bakıda partlayış olub. Hadisə Nizami rayonu E.Süleymanov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında qeydə alınıb.
Partlayış mənzillərin birində qaz balonunun partlaması nəticəsində baş verib. Nəticədə Samirə Məmmədzadə və övladı yanıq xəsarətləri alıb.
Yaralılar 2-ci dərəcəli yanıq diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
5 saylı Kliniki şəhər Xəstəxanasından (Nərimanov Tibb Mərkəzi) verilən məlumata görə, ana və övladının bədəninin 60 faizi yanıb.
Faktla bağlı hazırda araşdırma aparılır.