Bakı çimərliklərində 1 sentyabr tarixində, axşam saatlarında batma təhlükəsi ilə üzləşən iki nəfər xilas olunub. Bu haqda Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Hadisələr Mərdəkan və Bilgəh çimərliklərində qeydə alınıb.

Bundan əvvəl, 20 avqust tarixində qeyri-çimərlik ərazidə suda boğulan şəxs xilas olunub.

Çimərlikdə xoş zaman keçirmək üçün Fövqəladə Hallar Nazirliyi bir sıra təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyini bildirir. Belə ki, çimərlikdə qadağandır:

– nəzərdə tutulmamış ərazilərdə çimmək

– çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək

– küləkli havada dənizə girmək

– çimərlikdə gecələmək

– sərxoş halda çimərlikdə olmaq

– suda kobud hərəkətlər etmək

– çimərlikdə balıq tutmaq

– xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq