Futbol üzrə Azərbaycan Premyer Liqasının III turu çərçivəsində keçiriləcək Neftçi–Qarabağ matçının vaxtı bəlli olub. Qarşılaşma bazar günü, 12 sentyabr tarixində saat 20:30-da başlayacaq.

Neftçi–Qarabağ oyunun “Bakcell Arena” stadionunda keçiriləcəyi planlaşdırılır.

İki günü əhatə edəcək futbol üzrə Azərbaycan Premyer Liqasında III turunun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.