Paytaxt rayonlarının birində mənzildən kişi meyiti aşkar olunub. Bu haqda Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bu gün, 2 sentyabr tarixində məlumat yayıb.

Nizami rayonunda bir nəfərin bağlı qapı arxasında qaldığı haqda FHN-nin qaynar xəttinə məlumat daxil olub. Qeyd olunan ünvana gələn əməkdaşlar qapını açdıqdan sonra orada 43 yaşlı Cavid Babayevin meyitini aşkar ediblər.

Cəsəd aidiyyəti üzrə təhvil verilib.

Oxşar hadisə, 31 avqust tarixində Xətai rayonunda qeydə alınmışdır. 51 yaşlı kişinin meyiti tapılmışdır.