Ana və azyaşlı uşağın pəncərədən yıxılması ilə bağlı cinayət işi açılıb. Bu haqda Baş Prokurorluğun mətbuat xidməti bu gün, 2 sentyabr tarixində məlumat yayıb.

30 avqust saat 14:00 radələrində paytaxtın Səbail rayonu ərazisində 24 yaşlı  Aytən Niftəliyeva və 1 yaşlı Tahirə Niftəliyevanın yaşadıqları evin pəncərəsindən yıxıldıqları barədə Səbail rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Azyaşlı uşaq 30 avqust, anası isə 2 sentyabr tarixində dünyasını dəyişib.

Faktla bağlı “özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Bir neçə gün öncə Aytən Niftəliyevanın həyat yoldaşı Rəhman Niftəliyev tərəfindən döyüldüyü və qadının ondan qaçmaq üçün yaşadıqları evin damına çıxaraq oradan yıxılması məlumatı sosial şəbəkələrdə yayılmışdır.