Paytaxtın Səbail rayonunda avtomobillə adam vuraraq qaçan şəxs saxlanılıb. Bu baqda, Daxili İşlər Nazirliyinin mətbuat xidməti bu gün, 2 sentyabr tarixində məlumat yayıb.

“Shacman” markalı yük avtomobilinin sürücüsü Mingəçevir şəhər sakini E.Babayev saxlanılaraq Səbail Rayon Polis İdarəsinə gətirilib.

Faktla bağlı araşdırma aparılır.

Ötən gün, 1 sentyabr tarixində Azər Əliyev yolu keçərkən naməlum avtomobil tərəfindən vurulmuşdur. Əliyev yerindəcə dünyasını dəyişmişdir.