Paytaxtın Sabunçu rayonunda yerləşən zavodun havanı çirkləndirməsi aşkarlanıb. Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti bu gün, 2 sentyabrda məlumat yayıb.
Böyükşor gölünün yaxınlığında 5 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin istifadəsində olan asfalt zavodunun atmosferə normadan artıq tullantı maddə atdığı aşkar olunub.
Faktla bağlı məhkəməyə müraciət olunaraq MMC-nin 10.500 manatdan 12.500 manata qədər cərimələnməsi tələb olunub.
“Atmosferə atılan tullantıların qısa zamanda aradan qaldırılması üçün müəssisə rəhbərliyinə məcburi göstəriş verilib” – Nazirliyin rəsmisi Ramal Bağırov əlavə edib.