Paytaxtın Sabunçu rayonunda su təchizatı sistemi yaradılır. Bu haqda Azərsunun mətbuat xidməti məlumat yayıb.
Zabrat, Maştağa, Bilgəh və Pirşağı qəsəbələrində əhali tərəfindən yaradılmış xətlər ləğv olunub və mərkəzləşdirilmiş su təchizatı sistemləri yaradılır. 5,8 kilometr uzunluğunda paylayıcı su xətlərinin tikintisinə başlanılıb.
Bundan əlavə, rayonda yaşayan şəhid və qazi ailələrinin yaşadığı ərazilərdə ümumilikdə 5,1 kilometr uzunluğunda yeni şəbəkə yaradılır.
Ümumilikdə 1400 ailənin su təminatının yaxşılaşdırılması planlaşdırılır.
Hal-hazırda Sabunçu rayonu ilə yanaşı Abşeron, Binəqədi, Səbail, Suraxanı, Xəzər rayonlarında da su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrası davam etdirilir.