Paytaxtın Xəzər rayonunda avtomobil yolu təmir olunur. Bu haqda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidməti bu gün, 2 sentyabr tarixində məlumat yayıb.

Buzovna qəsəbəsi Xəzər küçəsinin təmir olunan hissəsinin uzunluğu 1200 metr, eni isə ortalama 6 metrdir. Küçəboyu yararsız qrunt qazılaraq çıxarılıb, yeni yol yatağı salınır. Daha sonra qum-qırmadaş qarışığından yol əsasının inşası aparılacaq.

Xəzər rayonunun Binə, Buzovna və Qala qəsəbələrində ümumi uzunluğu 16.3 km olan küçə və yolların təmiri və tikintisi nəzərdə tutulur.