Abşeron rayonu Pirəkəşkül qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb. Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidməti bu gün, 3 sentyabr tarixində məlumat yayıb.

Eyniadlı qəsəbənin sakinlərindən Qobu polis bölməsinə daxil olan çoxsaylı şikayətlər əsasında keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş Cəmil Məmmədov saxlanılıb. Onun üzərindən ümumilikdə 50 qramdan artıq narkotik maddə aşkar olunub. O, narkotacirlik etdiyini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl, 1 sentyabr tarixində Bakı şəhərinin Xəzər rayonunda narkotik satan şəxs saxlanılmışdır. Onun üzərindən 3 kiloqrama yaxın narkotik vasitə aşkarlanmışdır.