Sentyabrın 3-nə keçən gecə Azərbaycan güləşi tarixində ilk dünya və Avropa çempionu, Olimpiya mükafatçısı Aydın İbrahimov Bakıda vəfat etdi. Bu haqda sosil şəbəkələrdə idmaçının nəvəsi Nərminə Məmmədova məlumat yayıb.

Aydın İbrahimov “Yeni Klinika”ya koronavirus diaqnozu ilə yerləşdirilib və həmin müəssisədə dünyasını dəyişib.

Aydın İbrahimov 17 sentyabr 1938-ci ildə Gəncə şəhərində anadan olub. O, sərbəst güləş üzrə dünya, Avropa, SSRİ çempionu, Tokyo Olimpiya oyunlarının (1964 il) mükafatçısı idi. Aydın İbrahimov SSRİ idman ustası, əməkdar məşqçi olub və prezident təqaüdünə layiq görülmüşdür. Həmçinin, o “Neftçi” futbol klubunun ilk prezidenti olub, 1988-1997-ci illərdə kluba rəhbərlik edib.