Paytaxtın Qaradağ rayonunda bu gün, 3 avqust gecə saatlarında tikintisi başa çatmayan ikimərtəbəli ev yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verir.

Ümumi sahəsi 120 kv.m. olan evin dam örtüyü alışıb. Evin qalan hissəsinə və ətrafdakı binalara ziyan dəyməyib. Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.

Daha öncə, 2 senytabr axşam saatlarında Binəqədi rayonunda bir-birinə bitişik iki yaşayış binası yanıb.