3 sentyabr tarixində paytaxt ərazisində sosial şəbəkələrdə narkotik və psixotrop maddələri təbliğ edən şəxs müəyyən olunaraq saxlanılıb. Bu barədə DİN məlumat verib.

31 yaşlı Tağıyev Kənan yerləşən mağazalara və gözəllik salonlarına daxil olaraq, xidmət personalını qeyri-etik ifadələrlə təhqir edib, həmçinin, sosial şəbəkələrdə narkotik və psixotrop maddələri təbliğinə görə saxlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, axtarış zamanı onun üzərindən və yaşadığı ünvandan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.

O, ilkin ifadəsində narkotik istifadəçisi olmasını, törətdiyi qanunsuz hərəkətləri narkotik vasitələrin təsiri altında etdiyini etiraf edib.

Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, Tağıyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bundan əvvəl, paytaxtın Xəzər rayonunda narkotik maddələrin qanunsuz satışı ilə məşğul olan Zaman Əliyev şəxs tutulmuşdur.