Bakıda biri polis əməkdaşı olmaqla 2 nəfər dənizdə boğularaq həyatını itirib. Bu haqda bu gün, 3 sentyabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Hadisə Xəzər rayonu “Mayak” çimərliyində qeydə alınıb. 21 yaşlı polis əməkdaşı İbrahim Əlosmanov suda boğulan 45 yaşlı Rövşən Qasımovu xilas etmək istəyərkən özü də suda batıb.

Son sutka ərzində paytaxt çimərliklərində batma təhlükəsi ilə üzləşən dörd nəfər xilas olunub.