Paytaxtın Binəqədi rayonunda yük avtomobili piyadanı vurub. Bu haqda bu gün, 3 sentyabr tarixində məlum olub.

35 yaşlı Aslan Mütəllimov yolu keçərkən onu “KamAZ” markalı yük avtomobili vurub. Xəsarət alan xəstəxanaya çatdırılıb. O, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl, Paytaxtın Səbail rayonunda “Shacman” markalı yük avtomobili adam vuraraq öldürmüşdür.