Bakı şəhəri, Nəsimi rayonunda ümumi abadlıq işləri çərçivəsində Səməd Vurğun küçəsi 85 saylı binanın həyətində təmir-tikinti işlər başlanılıb.
Hal-hazırda binanın həyətində su-kanalizasiya boruları yenilənir, yeni bordürlər inşa edilir, tamet plitələri vurulur, istinad divarları təmir olunur.
Həmin işlər bitirdikdən sonra binanın fasadları təmir olunacaq, söhbətgahlar, idman qurğuları və uşaq meydançası quraşdırılacaq.
Daha öncə, 28 May metro stansiyasının yaxınlığında, Dilarə Əliyeva və 28 May küçələri boyunca piyada səkiləri genişləndirilmişdir, bordürlər yeni tamet plitələri yeniləri ilə dəyişilmişdir.