Bakı şəhəri, Qaradağ rayonunun neft quyularında oğurluqda şübhəli şəxslər saxlanılıb. Bu barədə bu gün, 3 sentyabr, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat verib.

Avqustun 31-də neft şirkətlərindən birinə məxsus olan quyularından 594.900 ABŞ dolları dəyərində mühərrik və generatorun hissələri naməlum şəxslər tərəfindən oğurlanıb. Qaradağ Rayon 11-ci Polis Bölməsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib. Şübhəli bilinən Salyan rayon sakinləri K.Kərimov, Ş.Babaşov və Bakı şəhər sakini Y.Rüstəmov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.