Paytaxtın Xətai rayonunda üzüm kollarının məhv olunmasıyla bağlı cinayət işi açılıb. Bu haqda bu gün, 3 sentyabr tarixində Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

7 ədəd üzüm kolu kəsilib. Nəticədə yaşıllıqlara 1680 manat dəyərində ziyan dəyib.

Hal-hazırda cinayət işi üzrə zəruri istintaq işləri davam etdirilir.

Oxşar hadisə, paytaxtın Binəqədi rayonunda qeydə alınmışdır. Ağaclar və kolların kəsilməsiylə bağlı cinayət işi açılmışdır.