4 sentyabr tarixində Bakının Nizami rayonunda oğurluq edən şəxslər saxlanılıb.

Sentyabrın 1-də Ü.Salmanovaya aid torpaq sahəsindən naməlum şəxs dəmir barmaqlıqlar və darvaza oğurlamışdır. Müəyyən olunub ki, o, 18.300 manat dəyərində oğurluq edib.

Nizami Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən 3 şəxs saxlanılıb. Onlar Sumqayıt şəhər sakini C.Cavadzadə, Lənkəran rayon sakinləri İ.Rüstəmzadə və əvvəllər məhkum olunmuş Ş.Əhmədzadədir.

Faktla bağlı araşdırma aparılır.