27-30 sentyabr tarixlərində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC “Strateji Planlama, Biznesin İnkişafı və Marketinq” adlı təlim-master klassını keçirəcək. Layihə Antverp Beynəlxalq Limanının “APEC Beynəlxalq Təlim Mərkəzi”nin dəstəyi ilə Bakıda baş tutacaq.

4 gün davam edəcək təlimin sonunda iştirakçılara Antverp Beynəlxalq Limanı – APEC Beynəlxalq Təlim Mərkəzinin rəsmi sertifikatı təqdim olunacaq. Master klass çərçivəsində Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanına səfər ediləcək.

Antverp Limanının Biznesin İnkişafı üzrə baş müşaviri Niko Says bir sıra mövzuları interaktiv formada tədris edəcək.

Mövzular:

  • Strateji planlamanın əsasları – Avropa modeli
  • Sənaye və infrastruktur platformalarında strateji planlama
  • Beynəlxalq təchizat zənciri və marketinq
  • Azad iqtisadi zonalar və mənfəətin idarə edilməsi
  • Korporativ idarəetmə – Antverp modeli
  • İnvestisiyaların cəlbi və yatırım modeli
  • Brendinq, marketinq və korporativ münasibətlər

Layihədə korporativ idarəetmə, strateji planlama, biznesin inkişafı, təchizat zəncirinin idarə edilməsi, maliyyə cəlbi və marketinq, eləcə də kiçik və orta biznesin inkişafı üzrə mütəxəssislər iştirak edə bilərlər.

Son qeydiyyat tarixi 10 sentyabrdır.

İştirak etmək istəyənlər [email protected] mail ünvanına və ya 055 233-99-57, 012 599 00 03 (3502) telefon nömrələri ilə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərlər.