Bakıda fəaliyyət göstərən şirkətlərdə peyvəndlə bağlı reydlər keçirilir. Bu barədə Daxili İşlər Nazirliyinin rəsmisi Elşad Hacıyev bildirib.

Polis əməkdaşları biznes mərkəzlərində COVİD-19 pasportu olmayan işçilər barəsində tədbir görəcək. Onlar iş yerinə buraxılmayacaqlar. Həmin işçilərə görə şirkətin rəhbəri məsuliyyət daşıyacaq və inzibati qaydaya uyğun tədbir görüləcək.

“İmmunitet sertifikatı” və “Əks göstəriş sertifikat” olanlar istisna hal kimi qeyd olunacaq.