Paytaxtın Səbail rayonunda yanğın başlayıb.
Bakının Badamdar qəsəbəsində dağlıq ağaclıq ərazidə kol-kos və quru otun yanır.
Hazırda hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.
Xəbər yenilənib – 14:05
Hadisə yerinə Səbail rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov gəlib. Qeydə alınan yanğın 3 ha ərazini əhatə edir.
Xəbər yenilənib – 14:25
Yanğın lokallaşdırılıb. İlkin məlumata görə yanğın, elektrik xətlərində qısa qapanma nəticəsində başlayıb. Hadisə barədə araşdırma aparılır.
Xəbər yenilınib – 14:37
Yanğın söndürülüb. Yanğın zamanı bir nəfər xəsarət alıb. Sahədə olan Eldar şam ağaclarına ziyan dəyib. Əraziyə ümumi dəymiş ziyan hal-hazırda hesablanır.
Video FHN-in rəsmi Youtube səhifəsi