Bakıdan olan karateçi “Karate Combat” beynəlxalq turnirində çempion olub. Bu haqda bu gün, 4 sentyabr tarixində məlum olub.

35 yaşlı Şahin Atamovun rəqibi Ekvadorlu Franklin Mina olub. 84 kiloqram çəki dərəcəsində çıxış edən karateçilərin döyüşü Atamovun qələbəsi ilə yekunlaşıb.

Şahin Atamov karyerası ərzində Avropa çempionatlarında 2 gümüş və 4 bürünc, dünya çempionatlarında isə 2 gümüş və 1 bürünc medalın sahibi olub.

“Karate Combat” turniri 2018-ci ildə yaranıb. Hal-hazırda karate dünyasında baxış sayına görə lider hesab olunur. Əsasən canlı yayımlardan qazanc əldə olunan turnirdə, vizual qrafikalardan istifadə edirlər. Beləliklə ekranlardan döyüş göydələnlərin damın və ya bunun kimi fərqli ərazilərdə təşkil olunduğu təəssüratı yaranır.