Nərimanov və Binəqədi rayonlarında Sosial Xidmətlər Agentliyi 6 yaşadək sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada sosial yardım göstərəcək.

Müxtəlif peşə sahibləri uşaqların yaşadığı ünvanlara gelərək, onlara sosial-psixoloji və sosial-pedaqoji reabilitasiya xidmətləri göstərəcəklər. Uşaqlarda davranış pozuntuları, əhvalın qeyri-sabitliyi, hiperaktivlik, adaptasiya və həmyaşıdlarla ünsiyyət problemi halların reabilitasiyası aparılır.

Reabilitasiya seansları həftəiçi 30-40 dəqiqə aparılacaq.

Valideyinlər Sosial Xidmətlər Agentliyinə və Agentliyin Nərimanov və Binəqədi rayonları üzrə filiallarına müraciət edərək, xidmətlərdən yararlana bilərlər.

Foto Sosial Xidmətlər Agentliyinin rəsmi Facebook səhifəsi
Foto Sosial Xidmətlər Agentliyinin rəsmi Facebook səhifəsi
Foto Sosial Xidmətlər Agentliyinin rəsmi Facebook səhifəsi
Foto Sosial Xidmətlər Agentliyinin rəsmi Facebook səhifəsi