Pirallahı qəsəbəsində yol nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 4 sentyabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Mercedes” markalı avtomobil “VAZ-21011” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Sonuncunun sürücüsü F.Məmmədov yerindəcə dünyasını dəyişib. Digər avtomobili idarə edən N.Qasımovun 3 sərnişini xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Bundan öncə, sentyabrın 3-dən 4-nə keçən gecə Bakının müxtəlif rayonlarında 4 qəza baş vermişdir.