4 sentyabr tarixində Bakının Sabunçu rayonunda yanğın hadisəsi baş verib.

Yanğın birmərtəbəli evdə baş verib və ümumi 45 kv.m. sahə yanıb. Evin kağız və parça tullantıları yanmağa başlayıb. Çöldə quraşdırılan elektrik və qaz sayğacları yanıb.

Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğında evin 2 sakini xəsarət alıb.