Paytaxtın 2 rayonunda bıçaqlanma, 1 rayonunda isə döyülmə faktı qeydə alınıb. Bu haqda bu gün, 4 sentyabr tarixində məlum olub.

Nizami rayonunda 16 yaşlı Ömər Həsənzadə naməlum şəxs tərəfindən bıçaqlanıb.

Daha bir bıçaqlanma hadisəsi Sabunçu rayonunda qeydə alınıb. 18 yaşlı Kamil Vəliyev dava zamanı bıçaq zərbəsindən yaralanıb.

Yasamal rayonunda isə 39 yaşlı Taleh Orucov tanımadığı şəxs tərəfindən döyülüb.

Xəsarət alanların hər biri xəstəxanaya yerləşdirilib.

Faktlarla bağlı araşdırmalar aparılır.